Xəbər lenti

“Bir səhv idi etmişdi” - Müğənni həbs edilən oğlundan danışdı
Maqazin14:29 23.03.2023

“Bir səhv idi etmişdi” - Müğənni həbs edilən oğlundan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış müğənni Manaf Ağayev bir neçə gün bundan öncə azadlığa buraxılan oğlundan danışıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.az-a danışan sənətçi oğlu Müşfiq Ağayevin səhv etdiyini bildirib:
"Bir səhv idi etmişdi, onun da cəzasını çəkdi. Başqa problem yoxdur. Artıq evdədir”.
Xatırladaq ki, Manaf Ağayevin oğlu Müşfiq Ağayev mart ayının 13-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb və Səbail rayon məhkəməsinin qərarı ilə Müşfiq Ağayev 5 sutka həbs edilmişdi.