Xəbər lenti

Video 10:10 16.09.2023

Brilliantla Lalə uzun illər sonra barışdı (VİDEO)

Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Lalə Məmmədova uzun illər sonra barışıblar.

Qaynarinfo xəbər verir ki, bunu əks etdirən görüntüləri "Pagvis magazin” instaqram səhifəsi yayıb.

Belə ki, Lalə Məmmədova Brilliant Dadaşovanın doğum günündə iştirak edib.

Lalə Məmmədova əlində böyük gül dəstəsi ilə Brilliant Dadaşovanın yanına gələrək onu öpüb və doğum gününü təbrik edib. Onun bu addımını bu addımını səmimi qarşılayan Xalq artisti küsülülüyə son qoyub. Daha sonra Lalə məclisdə çıxış edərək bu sözləri dilə gətirib: 

"Brilliant xanım bizim böyük sənətkarımızdır. Biz hamımız ondan öyrənmişik. Bu gün bu məclisə çox rahat şəkildə gəldim. Çünki Brilliant xanımın böyüklük edəcəyinə inanırdım. Mənə gənc yaşlarında bir sual verəndə özüm də bilmədən Brilliant xanımın, sənətkarın xətrinə dəymişdim. İndi bunu dərk edib, anlayıram. İllər keçir... Zəhmətlə və öz üzərində çalışan insanların mütləqdir ki, əziyyətləri yerdə qalmır və bir yerlərə gəlib çatırlar. Amma sənətin zirvəsi yoxdur. Mənim kimi bir çox sənətçilər var. Biz nə qədər qalxsaq da, Brilliant Dadaşova zirvəsinə çata bilmərik. Heç çatmayacayıq da... Çünki Brilliant xanım sözünü demiş bir "kraliça"dır və hər zaman zirvədədir. Mən ona təşəkkürümü bildirirəm. Nə yaxşı ki, siz varsınız və Azərbaycanın incisidir, toxunulmazdır". 

Daha sonra Lalə Brilliantın qarşısında repertuarında yer alan "Ürəyimi vermişəm" mahnısını oxuyaraq bir daha onu qucaqlayıb.

Xatırladaq ki, Brilliant Dadaşova Lalə Məmmədova ilə uzun illərdir danışmırdı. İfaçılar dəfələrlə bir-birinin ünvanına qalmaqallı açıqlamalar verib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?