Xəbər lenti

Bu ölkə 2028-ci ildə Avropa İttifaqına daxil olacaq
Dünya 15:14 14.10.2025

Bu ölkə 2028-ci ildə Avropa İttifaqına daxil olacaq

Monteneqro 2028-ci ildə Avropa İttifaqına (Aİ) daxil ola bilər. 

Qaynarinfo xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen deyib.

"Siz gələn il danışıqların bütün fəsillərini başa çatdırmaqda qərarlısınız. Biz 2028-ci ilə qədər "Ambition 28"inizi dəstəkləyirik. Sizin ambisiyanızı bəyənirik", deyə AK rəhbəri bildirib.

Monteneqro 2010-cu ildə Aİ üzvlüyünə namizəd statusu alıb. Sentyabr ayında Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos Monteneqronun 2028-ci ildə Aİ-yə üzv ola biləcəyini açıqlamışdı.

Hazırda Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro Aİ üzvlüyünə rəsmi namizəd statusuna malikdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->