Bulvarda atraksionları söküb kafe və restoran tikdilər (VİDEO)
Dənizkənarı Bulvarın ərazisində fəaliyyət göstərən çox sayda atraksion yığışdırılıb. Onların yerində indi kafe və restoranlar yerləşir.
Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, bir neçə il əvvəl ərazidə 40-a yaxın atraksion olub.
Məsələyə münasibət bildirən Dənizkənarı Bulvar İdarəsindən bildirdirlər ki, ərazidən çıxarılan atraksionlar başqa ərazidə quraşdırılacaq. Ancaq çəkiliş zamanı bununla bağlı hər hansı hazırlıq işlərinin görülməsini müşahidə etmədik.
Övladlarını bulvarda istirahətə gətirən valideynlər isə bildirdilər ki, bulvarda uşaqların istirahət edəcəyi məkanların ləğv edilməsini yox, saylarının artırılmasını istəyirlər.
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi sədrinin müşaviri Könül İmamverdiyeva bildirib ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün sökülüb.
"Yaxın gələcəkdə bulvar ərazisində yeni atraksionların quraşdırılması gözlənilir. Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır"- deyə o vurğulayıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər