Qoç bürcü qadını
Qoç bürcü qadını, azadlığına düşkün və cəsurdur. Eyni zamanda olduqca qayda-qanunlu və məntiqli olan bu qadın, həyatın qarşısına çıxardığı çətinliklərlə mübarizə edəcək qədər enerji və gücə malikdir.
Uyğun bürcü.
Xərçəng bürcü Kişisi: Qoç qadınının enerjisi, cazibədarlığı Xərçəng bürcü kişisini ovsunlayır. Qoç qadınının mürəkkəbliyi və çətinliyi bu kişinin xoşuna gəlir.
Balıq bürcü Kişisi: Qoç qadının hisslərinə əhəmiyyət verəcək və etibarlılığı ilə onu ovsunlayacaq.
Uyğun olmayan bürclər.
Əkizlər bürcü Kişisi: Əsla aldanmayın! Münasibətin əvvəlində ehtiraslı və romantikliyi ilə sizi ovsunlaya bilər; ancaq Əkizlər bürcü kişisi, ağıllı Qoç qadını üçün çox ehtiraslı və romantikdir.
Şir bürcü Kişisi: Bu kişi, azadlığına düşkün Qoç qadınına çox güclü və hökmlü gələcəkdir. Bu iki bürc xarakter etibarilə bir-birinə ziddir.
Buğa bürcü qadını
Ərköyün və dəbdəbəni sevən Buğa qadını, sadiq bir sevgili və yoldaşdır. Eyni zamanda, xarakteri ilə maraq oyadır.
Uyğun bürcü.
Buğa bürcü Kişisi: Bu kişi, Buğa qadınının ruh yoldaşı ola bilər. Oxşar xarakterə mənsub bu cütlük, ehtiraslı və gözəl bir əlaqə yaşayarlar.
Xərçəng bürcü Kişisi: Bu kişi, Buğa bürcü qadınının istəklərinə qarşı həssasdır. Bir-birlərini tamamlayırlar və bir-birlərinin yüksək romantiklik yüklü enerjisindən bəslənərlər.
Uyğun olmayan bürcü.
Şir bürcü Kişisi: Bu kişi, istirahəti sevən Buğa qadınına çox tələbkar gələ bilər. Şir kişisinə Buğa qadınının həyatı çox sakit gələcək. Buğa qadını isə bu kişinin davamlı olaraq istiqamət verilməsini gözləməsi əsəbləşəcəkdir.
Oxatan bürcü Kişisi: Buğa qadınıyla heç bir ortaq nöqtəsi olmayan və öz nizamını sevən bu kişi, Buğa qadınının çox “rahat” olduğunu düşünəcək.
Əkizlər bürcü qadını
Əkizlər bürcü qadını arzulu və romantikdir. Bu qadını həyatdan bezmiş bir şəkildə görmək çətindir. Təmiz bir ürəyi vardır və gerçək eşqə inanır. Çox istiqamətli, macərapərəst və dostcanlı olan bu qadınlar hərəkətli olurlar və dost qazanmaqda çətinlik çəkməzlər.
Uyğun bürcü
Xərçəng bürcü Kişisi: Xərçəng bürcü kişisi də, Əkizlər qadını kimi gerçək eşqini axtarmaqdadır. Bu cütlük bir-birlərini çox yaxşı anlayırlar.
Tərəzi bürcü Kişisi: İki bürc də fiziki və zehni olaraq istiqamətlənməyi sevir. Bir-birlərindən əsla bezməyəcəklər. Tərəzi kişisi azadlığına düşkün olsa da, Əkizlər qadını isə hərəkətli bir təbiətə malikdir. Bir-birlərini tamamlayırlar.
Uyğun olmayan bürcü
Əqrəb bürcü Kişisi: Bu kişi, Əkizlər qadınını çox qayğısız və rahat hesab edəcək və qısqanclıqları ilə onu yoracaq. Əkizlər qadını isə axtardığı qətiyyətliliyi bu kişidə tapa bilməyəcək.
Qız bürcü Kişisi: Bu kişi, səssizliyi ilə Əkizlər qadınını hövsələdən çıxaracaq.
Xərçəng bürcü qadını.
Ehtiraslı və təmiz ürəklidir. Özüylə eyni həyat eşqini paylaşan insanlardan xoşlanar. Romantik zəkası çox yüksək olan bu bürcün qadını, olduqca həssasdır. Əla bir yumor anlayışına malikdir və ətrafındakıları güldürməyi sevir.
Uyğun bürcü
Tərəzi bürcü Kişisi: Tərəzi bürcü kişisi, qənaətcil və özündən razıdır. Həm peşə, həm də fərdi həyatında onun üçün ən əhəmiyyətli ünsür tarazlıqdır. Xərçəng bürcü qadınını sabitləyəcək və özünü güvəndə hiss etməsini təmin edəcək.
Buğa bürcü Kişisi: Bu kişi həqiqətçidir, yəni ancaq reallıqla yaşayır. Xəyalpərəst deyildir. Romantikliyə meyilli Xərçəng qadınını sakitləşdirəcəkdir.
Uyğun olmayan bürcü
Əqrəb bürcü Kişisi: Əyləncəli Xərçəng qadını üçün çox gərgin və ehtiraslıdır. İki bürc də qısqanc olduğundan, əlaqələri çətin olacaq.
Qız bürcü Kişisi: İki bürcün hissləri də olduqca qüvvətlidir; ancaq özlərini ifadə etməyə çəkinirlər. Düzgün bir ünsiyyətin olmaması, çətinliklərə səbəb olacaq.
Şir bürcü qadını
Bu qadın, böyük bir egoya malikdir və bəyənilməyi sevir. Sevgini tapdığında isə sadiqdir. Daha yumşaq bürclər üçün güclü bir partner olan bu qadın, özü kimi həyat eşqi ilə dolu olan bürclərlə daha yaxşı anlaşacaq.
Uyğun bürclər
Əkizlər bürcü Kişisi: Şir bürcü qadınına sevildiyini hiss etdirən, ürəkli bu kişi, onun sağlam şəxsiyyətini təqdir edəcək və tərsliyini anlayışla qarşılayacaq.
Əqrəb bürcü Kişisi: Şir qadını kimi, bu kişi də ehtiraslıdır. Ancaq idarə edilməyi sevməz. İkisi də sadiqdir və bir dəfə bağlanırlarsa, ayrılmaqları çətin olacaq.
Uyğun olmayan bürcü
Dolça bürcü Kişisi: Dolça kişisi, özünü tamamilə bu qadına təslim edər. Halbuki Şir qadını, sərt xarakterli, idarə edilməyi sevməyən və qarşısında əyilməyən bir kişi istəyir.
Oğlaq bürcü Kişisi: Azad ruhlu Oğlaq bürcü kişisi, əzmli Şir qadınına ziddir. Bu kişi, Şir qadınının istədiyi kimi qaydalara sadiq qala bilməyəcəkdir.
Qız bürcü qadını
Qız qadını öz düşüncələrinin içində itən, dalğın və səssizdir. Asanlıqla inciyə bilən biridir, ancaq bunu büruzə verməmək üçün əlindən gələni edər. Onu anlamaq bəzən çətin ola bilər, amma könlünü qazansanız, sonsuza qədər sizə sadiq olacaq.
Uyğun bürcü
Tərəzi bürcü Kişisi: Olduqca qərarlı olan bu kişi, Qız qadınının ürəyini mütləq qazanacaqdır. Diqqətcil və məntiqli olan bu kişi, qadınının ürəyini qırmamağa diqqət göstərəcək.
Oğlaq bürcü Kişisi: Bu kişi, Qız qadınını gizli dünyasından çıxaracaq. Qız qadınının sirli və tədbirli təbiəti onu qorxutmaz. Oğlaq kişisi, səbrlə onun hər şıltaqlıqlarına dözəcəkdir.
Uyğun olmayan bürcü
Xərçəng bürcü Kişisi: İki bürc də olduqca həssas olduğundan, əlaqələrində tez-tez problem çıxacaq. Qız qadını, həyatını qurmuş və maddi vəziyyəti qaydasında olan bürclərlə daha uyğundur.
Balıq bürcü Kişisi: Bu kişi, Qız qadını kimi çox səssiz və həssasdır. Bir münasibətdə problemlər yaşayacaq və bir-birini sakitləşdirməyəcəklər.
Tərəzi bürcü qadını
Bu bürcün qadını nə istədiyini bilir və onu əldə edənə qədər mübarizə aparar. Məntiqli və tarazlıdır. “Ən yaxşı” dan azına razı olmaz. Əzmlidir və ünsiyyəti qüvvətlidir.
Uyğun bürcü
Oxatan bürcü Kişisi: Azad ruhlu Oxatan kişisi ilə güclü Tərəzi qadını çox uyğundur. Oxatan kişisi, qadınının zehinini açacaq; Tərəzi qadını isə kişisinin gerçəklərlə üzləşməsini təmin edəcək.
Şir bürcü Kişisi: İki bürc də olduqca sadiqdir. Tərəzi qadını Şir kişisinin egosuna təsir edəcək, Şir kişisi isə aktyorluğu və zarafatcıllığıyla qadınına meydan oxuyacaq. Bu cütlük, bir-birlərinin ruh əkizidirlər.
Uyğun olmayan bürcü
Oğlaq bürcü Kişisi: Əzmli Tərəzi qadını, bu kişinin məqsədsiz və ya nəzarətsiz olduğunu düşünə bilər. Oğlaq kişisinin macəraya və azadlığa olan düşkünlüyü, ona tənbəllik kimi gəlir. Aralarında bir elektrik olsa da, ehtirasları tez sönər.
Balıq bürcü Kişisi: Tərəzi qadını olduqca həssas olan bu kişiyə qarşı səbr göstərməyəcək; Balıq kişisi isə bu qadının mərhəmətsiz dürüstlüyündən narahat olacaq.
Əqrəb bürcü qadını
Əqrəb, olduqca qətiyyətli bir bürcdür. Bu bürcün qadınları olduqca romantik, qısqanc və ehtiraslıdırlar. Həm mənəvi, həm də fiziki olaraq tələbləri böyükdür. Cinsi istəkləri bəzilərinə məcburedici gələ bilər. Qaranlıq yumor anlayışları və acı dilləri səhv anlaşılmalarına səbəb ola bilər. Olduqca təəccüblü olan bu qadın, birlikdə olduğu kişilərin ağılını başından alar.
Uyğun bürcü
Oğlaq bürcü Kişisi: Oğlaq kişisinin tənqidi düşünmə qabiliyyəti və səbri, xəyalpərəst və qorxusuz Əqrəb qadınına cazibədar gəlir. Birlikdə vaxt keçirməkdən xoşlanan bu cütlüyün cinsi uyğunlaşması mükəmməldir.
Şir bürcü Kişisi: Bu cütlük, bir-birinin ehtirasından qidalanar. Əqrəb qadının eşqdəki şəhvəti Şir kişisinin diqqətini çəkər. Bu kişi, sadiqliyi ilə Əqrəb qadınının etibarını qazanarkən; azad ruhlu olmasıyla da münasibəti tarazlaşdıracaqdır.
Uyğun olmayan bürcü
Əqrəb bürcü Kişisi: Bu kişi, Əqrəb qadınından uzaq olmalıdır. Çünki iki bürcün də olduqca ehtiraslı olması təhlükəli vəziyyətlərə yol aça bilər. Aralarındakı fiziki elektrik əfsanəvi olsa da, romantiklik baxımdan çox çətin bir münasibətləri olacaq.
Əkizlər bürcü Kişisi: Bu kişi, Əqrəb qadını üçün çox romantikdir. O, Əqrəb qadınının təhlükəli ehtiraslı olduğunu düşünərkən, Əqrəb qadını onu çox adi hesab edəcək. Bundan əlavə, Əkizlər bürcü kişisi bu qadının hər işinə qarışaraq onu sıxa bilər.
Oxatan bürcü qadını
Bu qadın qorxu nədir bilməz! Macəra və azadlığın kraliçası olan Oxatan bürcü qadını dramatik vəziyyətlərdən xoşlanmaz. Ürəyi onu hara götürürsə ora gedər. Mövzu sevgi olduğunda, birlikdə macəralar yaşayıb, dünyanı fəth edə biləcəyi birini axtarar.
Uyğun bürcü
Qoç bürcü Kişisi: Özü kimi ictimai olan və macəranı sevən bu kişi tam Oxatan qadınına görədir. Əyləncəni sevən, şən insanlardır və dramatik vəziyyətlərdən xoşlanmazlar. Birlikdə olduqları zaman, eşq və sevinclə yaşayarlar.
Dolça bürcü Kişisi: Bu kişi, Oxatan qadınının ruh yoldaşı olmasa belə, onun təkmilləşməsinə kömək edəcək. Oxatan qadınının macəraya düşkünlüyü bu kişini cəlb edəcək və olduqca rəngli bir həyatları olacaq.
Uyğun olmayan bürcü
Buğa bürcü Kişisi: Bu kişi, Oxatan qadınıyla heç bir zaman tam olaraq uyğunlaşmaz. Azad- uçmaq istəyən Oxatan qadınının əksinə olaraq bu kişi evinə düşkündür. Buğa bürcü kişisi sabitliyi sevsə də, Oxatan qadını köçəri bir ruha malikdir.
Qız bürcü Kişisi: Bu kişi, nizama və davamlı güvəninin təzələnməsinə ehtiyac duyar. Oxatan qadını isə onun bu istəyini təmin edə bilməz. Qız kişisi anı yaşayarkən, Oxatan qadını həmişə önünə baxar.
Oğlaq bürcü qadını
Əzmli olsa da, əyləncəni sevən bir təbiəti vardır. Yumor anlayışı mükəmməldir. Ümumiyyətlə ciddi və qapalı olan bu qadın olduqca səbirli və problem həll etməkdə olduqca qabiliyyətlidir. Özünə bir hədəf qoyur və hər şeyini ona çatmağa həsr edər.
Uyğun bürcü
Balıq bürcü Kişisi: Bu kişinin həssaslığı onun Oğlaq qadını üçün uyğun bir yoldaş ola bilməyəcəyini düşündürsə də, bu ikili nümunəvi bir cütlük olurlar. Oğlaq qadını, narahat Balıq kişisini nizamlayar və Balıq kişisi də bu qadının ciddi həyatına rəng gətirər.
Qız bürcü Kişisi: Bu kişi, Oğlaq qadınının ruh əkizidir. İki tərəf də ehtiraslı və romantik deyil. Ancaq aralarındakı sevgi olduqca möhkəm olur. Əlaqələri ümumiyyətlə sabit gedər, ancaq bir-birlərində dincliyi taparlar.
Uyğun olmayan bürcü
Şir bürcü Kişisi: Şir kişisi bir yerdə qərar tutmaz; bu da Oğlaq qadınını narahat edər. Bu kişi diqqət mərkəzində olmaqı sevir. Oğlaq qadınının başı daha əhəmiyyətli şeylərlə məşğuldur. Şir kişisi, Oğlaq qadınının reallıqla yaşamasını soyuqluq kimi qəbul edir.
Qoç bürcü Kişisi: Bu iki bürc olduqca uyğunsuzdur. Bu kişi şən olduğu qədər, Oğlaq qadını ehtiyatlı və məntiqlidir. Oğlaq qadını gələcəyi düşünsə də, Qoç kişisi macəra üçün yaşar.
Dolça bürcü qadını
Yaradıcı Dolça qadını, yeniliyi və tərəqqini sevər. Bir qutunun içinə həbs edilmək istəməz. Ünsiyyətcil kimi görünsə də, duyğularını ifadə etməkdə çətinlik çəkər. Azadlığa əhəmiyyət verir və heç kimin ona yük olmasını istəməz.
Uyğun bürcü
Tərəzi bürcü Kişisi: Bu kişi, hərəkətli Dolça qadınıyla uyğundurlar. İkisi də ictimai və ünsiyyətcildirlər. Tərəzi kişisi, Dolça qadınının yaradıcılığı və intellektuallığına hörmət edər.
Əkizlər bürcü Kişisi: İkisi də su aparmaz bir cazibədarlığa malikdir. Cütlük olaraq diqqət çəkərlər. Əkizlər bürcü kişisi, Dolça qadınına uyğun tək kişidir.
Uyğun olmayan bürcü
Əqrəb bürcü Kişisi: Bu kişi, sərhədlənmək istəməyən Dolça qadınını qısqanclıqları ilə boğar. Dolça qadını, bu kişinin gərginliyini zamanla görməməzlikdən gəlməyə başlayır və Əqrəb kişisi də bağlanmaqdan qaçdığını düşünərək ona hirslənər.
Balıq bürcü Kişisi: Azad ruhlu Dolça qadını üçün Balıq bürcü kişisi çox tələbkardır. Əqrəb kişisi kimi bu kişi də çox diqqətə ehtiyac duyar. Sərhədlənməkdən nifrət edən Dolça qadınının əksinə, asılılığı sevən bir təbiətə malikdir. Dolça qadını ancaq öz kimi azadlığına düşkün biriylə sağlam bir əlaqə qura bilər.
Balıq bürcü qadını
Balıq bürcü qadını, başa düşülməsi çətin, həssas və romantik bir təbiətə malikdir və eyni zamanda yaxşı bir müşahidəçidir. Yaradıcıdır və həmişə bir şeylə məşğul olar. Utancaq və şirin Balıq qadınının düşüncələri bir az dağınıq ola bilər. Düşüncəli və hissləri qüvvətli biridir.
Uyğun bürcü
Xərçəng bürcü Kişisi: Bu kişi olduqca mərhəmətlidir. İki bürc də duyğularıyla uyğunlaşdıqları üçün hisslərinin ifadəsində çətinlik çəkməzlər. Xərçəng bürcü kişisi qoruyucu bir təbiətə malikdir və bu da Balıq qadınının ona asanlıqla bağlanmasına gətirib çıxarar. Hərəkətli və uzun müddətli bir əlaqələri olur.
Oğlaq bürcü Kişisi: Balıq qadınının xəyalpərəstliyi, şirinliyi və həssaslığı Oğlaq kişisinə cazibədar gələcək, bu kişinin müdrikliyi və məntiqi də Balıq qadınını cəlb edəcək.
Uyğun olmayan bürcü
Əkizlər bürcü Kişisi: Bu kişi, asan inciyən Balıq qadını üçün çox açıq sözlüdür. Balıq qadını, daha həssas bir burçla xoşbəxt ola bilər. Davamlı güvəninin yenilənməsinə ehtiyacı olan bir qadın üçün bu kişi çox azad ruhludur.
Tərəzi bürcü Kişisi: məntiqiylə hərəkət edən bu kişi, mübahisələrdə həqiqətləri sərt şəkildə qadınının üzünə vuraraq, onun inciməsinə səbəb olacaq. Ayrıca ictimailəşməyə ehtiyac duyaraq, təkliyinə düşkün Balıq qadınını hövsələdən çıxaracaq.(qadınklubu.com)
Qaynar.info
Şərhlər