"Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına daxil olan "Cahan Motors” MMC şirkəti məhkəməlik olub.
Qaynarinfo-nun məlumatına görə, şirkətin məhkəməyə verilməsinə səbəb ləğv edilən "Bank of Azerbaijan”a külli miqdarda kredit borcunun qaytarmaması göstərilib.
İşə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində Elşən Salmanovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, "Cahan Motors”un Bakıdakı avtosalonları Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun nəzarətində olub. Şirkətin qanuni təmsilçisi və direktoru Adil Axundovdur. Hazırda "Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına daxil olan bütün qurumlarda yoxlamaların keçirildiyi deyilir.
Adil Axundov
Xatırladaq ki, "Cahan Motors” MMC "Opel”, "FAW” şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Bundan əlavə olaraq Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi "Naz Lifan” brendinin də rəsmi nümayəndəsidir.
Əhməd
Şərhlər