Xəbər lenti

Cennifer Lopes Rusiyada 1 milyon dollarlıq çıxışdan imtina etdi
Dünya 12:53 29.07.2025

Cennifer Lopes Rusiyada 1 milyon dollarlıq çıxışdan imtina etdi

Amerikalı müğənni Cennifer Lopes Rusiyada konsert vermək üçün danışıqlar aparsa da, reputasiya itkisi qorxusu ilə bu çıxışdan imtina edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, Lopesin nümayəndələri ilə rusiyalı təşkilatçılar avqust ayına planlaşdırılan konsert üçün 1 milyon dollar məbləğində qonorar üzərində razılığa gəliblər. Lakin müğənninin komandası yekun qərar vermək üçün fasilə istəyib və sonradan təklifdən imtina edib.

"Müğənninin komandası düşünmək üçün vaxt istədi və sonra geri dönərək imtina etdiklərini bildirdi. Bildirilib ki, ölkədə müharibə davam etdiyi müddətdə Lopes üçün reputasiya baxımından risklər çox yüksəkdir", deyə paylaşımda qeyd olunub.

"Mash"ın məlumatına əsasən, Cennifer Lopes Ukrayna müharibəsi başa çatdıqdan sonra Rusiyada çıxış etməyə hazırdır. Danışıqları Sankt-Peterburqda yerləşən "PMI" konsert agentliyinin apardığı ehtimal olunur. Şirkətin direktoru Yevgeni Finkelşteyn bu barədə suala nə təsdiq, nə də təkzib cavabı verib.

Qeyd edək ki, 1 avqust tarixində Cennifer Lopes Qazaxıstanın Astana şəhərində çıxış edəcək. Konsertə biletlər cəmi dörd saat ərzində satılıb və bu səbəbdən Almatıda - şəhərin mərkəzi stadionunda 10 avqustda ikinci konsertin keçirilməsi qərara alınıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->