Xəbər lenti

Çində torpaq sürüşməsi: 51 nəfər öldü, itkin düşənlər var (VİDEO)
phrase_var_qaynar. 10:30 31.07.2026

Çində torpaq sürüşməsi: 51 nəfər öldü, itkin düşənlər var (VİDEO)

Çinin Çuntsin şəhərində baş verən iri torpaq sürüşməsi nəticəsində həlak olanların sayı rəsmi olaraq 51 nəfərə çatıb. Daha 10 nəfər isə itkin düşmüş hesab olunur. 

Qaynarinfo "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu hadisə son 10 ildən artıq müddətdə ölkədə qeydə alınan ən faciəli torpaq sürüşməsi hesab edilir.

Məlumata əsasən, iyulun 17-də Penşuy qəzasında qaya parçaları və iri daşlar uçaraq Utszyan çayının sahilində yerləşən yaşayış evlərini dağıdıb və onlarla insan dağıntılar altında qalıb. Yerli hakimiyyət əvvəlki mətbuat konfransında bildirib ki, həmin gün səhər torpaq sürüşməsi təhlükəsinin əlamətləri aşkar edildikdən sonra təxminən 1 100 sakin təxliyə olunub.

Çin Prezidenti Si Szinpin axtarış-xilasetmə əməliyyatlarının sürətləndirilməsi, eləcə də oxşar faciələrin qarşısının alınması üçün əlavə tədbirlərin görülməsinə çağırıb. Bu hadisə 2015-ci ildə Şensi əyaləti və Şençjen şəhərində baş vermiş iki böyük torpaq sürüşməsindən sonra ölkədə ən ağır faciə kimi qiymətləndirilir.

Yerli hakimiyyətin məlumatına görə, təxminən 18 min kubmetr həcmində qaya və torpaq kütləsinin dar ərazidə yığılması xilasetmə işlərini ciddi şəkildə çətinləşdirir.

Mütəxəssislər bildirirlər ki, bu hadisə Çinin cənub-qərb bölgələrinin yay yağışları mövsümündə üzləşdiyi riskləri bir daha nümayiş etdirir. Belə ki, uzunmüddətli intensiv yağıntılar dik yamacların dayanıqlığını zəiflədərək torpaq sürüşmələrinə və qəfil sel hadisələrinə səbəb ola bilər.

Aydın


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->