Qaynarinfo xəbər verir ki, bu gün G qrupunda II turun ilk oyunu keçirilib.
İlk görüşdə inamlı qələbə qazanan Belçika bu dəfə Tunisi sınağa çəkib. Oyuna fəal başlayan belçikalılar 6-cı dəqiqədə penalti qazanıb və Eden Hazard hesabı açıb. 16-cı dəqiqədə Romelu Lukaku fərqi artırıb. Tunis 18-ci dəqiqədə Dilan Bronnun qoluna sevinib. Belçikada ilk yarının son saniyələrində Romelu Lukaku dubl edib. 51-ci dəqiqədə Eden Hazard dublunu rəsmiləşdirib. 90-cı dəqiqədə Mişi Batşuayi fərqləib. Son saniyələrdə isə Vaxbi Xazri Tunisin ikinci qolunu vurub.
Qeyd edək ki, G qrupunda turun ikinci göüşü sabah İngiltərə və Panama arasında baş tutacaq.