Xəbər lenti

"DÇ-2018": Bu gün ilk finalçı müəyyənləşəcək
İdman05:24 10.07.2018

"DÇ-2018": Bu gün ilk finalçı müəyyənləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün dünya çempionatında bu gün ilk finalçı müəyyənləşəcək.
Qaynarinfo xəbər verir ki, ilk yarımfinal matçında Fransa və Belçika yığmaları üz-üzə gələcək.
Fransa 1/4 finalda Uruqvayı 2:0 hesabı ilə məğlub edib. Belçika isə 5 qat dünya çempionu Braziliyanı 2:1 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.
Komandalar bu vaxta qədər dünya çempionatlarında 2 dəfə qarşılaşıblar. Hər iki görüş fransızların qələbəsi ilə yekunlaşıb. Fransa 1938-ci il dünya çempionatının 1/8 finalında Belçikanı 3:1 hesabı ilə məğlub edib. Belçika və Fransa yığmaları 1986-cı il mundialında 3-cü yer uğrunda görüşdə münasibətlərə aydınlıq gətiriblər. Bu qarşılaşmada fransızlar rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarıb.
Belçika tarixi ərzində ikinci dəfə yarımfinal oyununa çıxacaq. Komanda ilk dəfə 1986-cı ildə bu mərhələdə iştirak edib. Avropa təmsilçisi həmin mundialın qalibi olan Argentinaya 0:2 hesabı ilə uduzub.
1998-ci dünya çempionatının qalibi olan Fransa isə 6-cı dəfə yarımfinal matçına çıxacaq. 1958, 1982 və 1986-cı il mundiallarında məğlub olan komanda, 1998 və 2006-cı ildə finala vəsiqə qaza bilib.
Qeyd edək ki, digər yarımfinal oyunu sabah İngiltərə və Xorvatiya arasında keçiriləcək.
DÇ-2018
1/2 final
10 iyun
22.00 Fransa - Belçika
Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (Uruqvay) Sezar Ramos (Meksika).
Sankt Peterburq. "Sankt-Peterburq" stadionu.