Xəbər lenti

Dağıstan rəhbəri rejissor Sərvər Əliyevi təltif etdi
Sənət 13:54 05.08.2026

Dağıstan rəhbəri rejissor Sərvər Əliyevi təltif etdi

Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi, rejissor Sərvər Əliyev təltif olunub.

Bu barədə Qaynarinfo-ya aktyor özü məlumat verib.

Sərvər Əliyevin sözlərinə görə, Dağıstan Respublikasının rəhbəri Sergey Melikov onu teatr sənətinin inkişafına verdiyi töhfəyə və xidməti vəzifələrini vicdanla yerinə yetirdiyinə görə təşəkkürnamə ilə təltif edib.

Rejissor bildirib ki, mükafatı dövlət adından ona Dağıstanın mədəniyyət naziri Zarema Butayeva təqdim edib.

Sərvər Əliyev vurğulayıb ki, yeni mövsümdə bir neçə şəhərə qastrol səfəri planlaşdırılır:

"Noyabr ayında Azərbaycana da qastrol səfərimiz gözlənilir. Bakıda Mirzə Fətəli Axundovun "Molla İbrahimxəlil Kimyagər" əsəri ilə çıxış edəcəyik".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->