Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyi Xəzərdə üzən gəmilərə xəbərdarlıq etdi
Ekonomiks07:40 29.07.2023

Dövlət Dəniz və Liman Agentliyi Xəzərdə üzən gəmilərə xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi bu gündən Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Qeyd olunur ki, bu gündən Xəzər dənizi akvatoriyasında başlayacaq külək iyulun 30-u səhər saatlarına kimi davam edəcək. Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizə isə 30-32 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2,0-3,0 metr, sonrakı inkişafda 3,5-5,5 metrə çatacağı proqnozlaşdırılır.