Dünyanın ən maraqlı mədəniyyət mərkəzlərində, gecə həyatının mərkəzlərində və əla yemək, alış-veriş və əyləncə imkanlarının olduğu yerlərdə yaşamaq baha başa gəlir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Time Out” yazır.
Qeyd olunur ki, məhz buna görə illik yaşam xərcləri indeksi olan "Numbeo" çox məlumatlıdır. Tədqiqat icarə haqqını, restoranları, ərzaq məhsullarını və yerli əhalinin alıcılıq qabiliyyətini qiymətləndirir və bütün bu məlumatları birləşdirərək iki yaşam xərcləri reytinqi təqdim edir – biri icarə daxil, digəri isə icarəsiz.
"Mümkündür ki, icarə daxil olmayan reytinqin nə üçün mövcud olduğunu soruşasınız, amma səyahətçilər üçün gündəlik xərcləri nəzərə alaraq hansı yerlərin daha bahalı olduğunu bilmək faydalıdır", deyə məqalədə bildirilir.
Bu siyahıda ilk yerdə (və icarəni nəzərə aldıqda Nyu-Yorkdan sonra ikinci yerdə) Sürixdir. Ümumi yaşam xərcləri indeksi İsveçrədə 118,5, ərzaq qiymətləri indeksi 115,4, restoran qiymətləri indeksi 121, alıcılıq qabiliyyəti indeksi isə 164,4 təşkil edir.
Qeyd olunur ki, İsveçrə öz yüksək qiymətləri ilə məşhurdur və ölkənin şəhərləri ilk altı yeri tutur: Sürixi ardınca Cenevrə, Bazel, Lozanna, Lyukano və Bern izləyir. İlk onluqda digər şəhərlərdən Nyu-York 7-ci yerdə, İslandiyanın gözəl paytaxtı Reykyavik 8-ci yerdədir. ABŞ-dan iki digər şəhər siyahını tamamlayır.
Yaşamaq üçün ən yüksək xərclərə malik 10 şəhər bunlardır:
1. Sürix, İsveçrə
2. Cenevrə, İsveçrə
3. Bazel, İsveçrə
4. Lozanna, İsveçrə
5. Lyukano, İsveçrə
6. Bern, İsveçrə
7. Nyu-York, ABŞ
8. Reykyavik, İslandiya
9. Honolulu, ABŞ
10. San-Fransisko, ABŞ
Aydın
Şərhlər