Xəbər lenti

Dünyanın ən uzun adlı şəhəri: Göydələnlər paytaxtının adında 111 hərf var
Dünya 23:19 01.12.2025

Dünyanın ən uzun adlı şəhəri: Göydələnlər paytaxtının adında 111 hərf var

Dünyanın ən uzun adına sahib şəhər çoxlarının təsəvvür etdiyi kimi qədim bir dil ənənəsini qoruyan kiçik bir kənd deyil. Əksinə, 11 milyondan çox insanın yaşadığı və hər il təxminən 22 milyon turist qəbul edən, sürətlə böyüyən bir göydələn metropoludur.

Qaynarinfo xəbər verir ki, Tailandın paytaxtı kimi tanınan və parlaq məbədləri, fəal küçə bazarları və gecə həyatı ilə məşhur olan bu şəhər dünyanın böyük bir hissəsində Banqkok  adı ilə tanınır. Bu adın dilçilik mənşəyi dəqiq bilinməsə də, bir nəzəriyyəyə görə su ilə əlaqəsinə görə "ada kəndi” mənasını verən "Banq ko” sözündən gəldiyi ehtimal edilir. Başqa bir nəzəriyyə isə adın, "kənd və ya bölgə” mənasına gələn bang ilə "vəhşi gavalı” mənasında olan makok sözlərinin birləşməsindən yarandığını irəli sürür.

Lakin bu mürəkkəb mənşənin xaricində, yerli əhalinin çoxu öz ana dilində bu adı işlətmir. Hətta paytaxtdan kənarda yaşayan bəzi tailandlılar, "Bangkok” sözünü heç eşitməmiş ola bilər. Tailandlıların əksəriyyəti üçün paytaxtın adı sadəcə "Krung Thep” (กรุงเทพฯ) və ya bir qədər uzun forması ilə "Krung Thep Maha Makhon”dur; yəni "Mələklərin Böyük Şəhəri”.

Bu ad, Tailand dili ilə bağlı məsələlərdə çalışan hökumət qurumu olan kral cəmiyyətinin tövsiyəsi ilə 2022-ci ildə yarı rəsmi ad statusu alıb. Lakin hökumət bunun yalnız üslubi bir dəyişiklik olduğunu, ənənəvi adın əcnəbilər üçün çətin tələffüz oluna bildiyini bildirib və Latın qrafikasında "Banqkok” yazılışının tamamilə qəbul edilə biləcəyini vurğulayıb.

111 hərfli mərasim adı və mahnısı

Əgər kral cəmiyyətinin paytaxt üçün seçdiyi bu ad sizə kifayət qədər möhtəşəm görünmürsə, şəhərin daha uzun, mərasimlərdə istifadə olunan tam adı da mövcuddur: 111 hərfdən ibarət olan bu ad Ginnesin Rekordlar Kitabına düşüb.

Latın qrafikasına çevrilmiş forması belədir:

Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara Ayuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Piman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit.

Bu uzun ad təxminən belə mənalar verir:
 
Mələklər şəhəri, ölümsüzlük şəhəri, dünyanın böyük şəhəri, qızıl dövrün şəhəri, böyük sarayın şəhəri, uca şəhər, qızıl sarayın şəhəri, qızıl çağın şəhəri.

Şəhər sakinlərinin bu qədər uzun bir mətni əzbərləməsinin çətin olduğunu düşünürsünüzsə, narahat olmayın: Tailandlı uşaqlar bu uzun adı yadda saxlamağa kömək edən xüsusi ritmik bir nəğmə öyrənirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->