Ölkə 22:10 27.09.2022

Şəhid Elvin Abdullayev Neftçalada dəfn edildi

Sentyabrın 12-də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan əsgər Abdullaye Elvin Elçin oğlu dəfn olunub.

Qaynarinfo xəbər verir ki, 14 gündən sonra tapılan şəhidin nəşi doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsinə gətiriləndən sonra yaşadığı evində vida mərasimi keçirilib.

Daha sonra 19 yaşlı şəhid Abdullayev Elvin Elçin oğlu rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.