Xəbər lenti

Şəkidə məktəbdə təcrübə zamanı müəllim və şagirdlər xəsarət aldılar
Ölkə 23:03 06.12.2024

Şəkidə məktəbdə təcrübə zamanı müəllim və şagirdlər xəsarət aldılar

Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.


Qaynarinfo xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.


Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.

Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->