Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov vətən müharibəsi qazisi Alı Qədirlini işlə təmin edib.
Qayanrinfo-nun məlumatına görə, V.Qurbanovun müvafiq əmri ilə Alı Qədirli Yeni Klinikanın Keyfiyyətə nəzarət şöbəsinə çalışacaq.
A.Qədirli bu barədə sosial səhifəsində qeyd edib: "Bir neçə ay bundan əvvəl TƏBİB-in icraçı direktoru Vüqar bəyin Şəkidə vətəndaş qəbulunda olanda heç düşünmürdüm ki, bu qədər operativ olaraq ölkənin ən strateji klinikasında işlə təmin olunacam. Hazırda Yeni Klinikada çalışıram və işimiz kifayət qədər çətindir ancaq bir o qədər də şərəflidir. Ölkənin ön cəbhəsi kimi arxa cəbhəsində də xidmət olduqca qürur vericidir.”
Qeyd edək ki, Döyüşdə göstərdiyi şücaətlərə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə"və "Vətən uğrunda" medalları ilə təltif olunub. Şəkinin Kiçik Dəhnə kəndində yaşayan qazi evlidir, 2 övladı var. Müharibə zamanı aldığı xəsarətə görə, "YAŞAT" Fondunun dəstəyi ilə Alı Qədirli Türkiyəyə müalicə almışdı.
Şərhlər