Xəbər lenti

Əvvəl Ankara, sonra Bolu..
İdman22:52 28.06.2026

Əvvəl Ankara, sonra Bolu..

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Turan Tovuz”un yay hazırlıq planı bəlli olub.
Qaynarinfo kluba istinadən xəbər verir ki, komanda iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək.
Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq. Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək.
Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.