Xəbər lenti

Dünya 20:53 13.02.2023

FHN Kahramanmaraşda axtarış işlərinə itləri də cəlb etdi

Türkiyənin Kahramanmaraş şəhərində Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları axşam saatlarında zəlzələ baş verən ərazidə əməliyyatları davam etdirir.

APA xəbər verir ki, hazırda azərbaycanlı xilasedicilər Kuddusi baba bulvarı küçəsində axtarış aparırlar. Əməliyyata xüsusi təlim görmüş itlər də cəlb edilib.

Qeyd edək ki, FHN-in qüvvələri indiyədək dağıntılar altından 51 nəfəri sağ, 614 nəfərin isə cəsədini çıxarıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->