Xəbər lenti

Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır
Ekonomiks 15:28 14.03.2025

Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır

Dövlət Gömrük Komitəsi itlər üçün quru yemin, həmçinin baxım ləvazimatları, aksesuarları və avadanlıqlarının satın alınması məqsədi ilə tender müsabiqəsi (Açıq tender) elan edib.

Yeniavaz.com xəbr verir ki, Gömrük Komitəsi itlər üçün quru yem (21 249,6 kq), xalta üçün ip (88 ədəd), xalta (88 ədəd), oyuncaq top (176 ədəd), itlərin yemlənməsi və su içməsi üçün qab (176 ədəd) alacaq.

Qeyd olunan məhsullar üçün Gömrük Komitəsi 223 min 237 manat 12 qəpik ödəməyi nəzərdə tutub (ehtimal olunan qiymət).

Onu da bildirək ki, Gömrük Komitəsinin ötən il 8 min 96 manat ödəyərək quru it yemi istisna olmaqla adları qeyd olunan digər məhsulları Şahbazova Ülviyyə Natiq qızından (VÖEN – 1604111992) satın alıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->