Xəbər lenti

Goranboyda həkim maşınla 11 yaşlı qızı vurdu (VİDEO)
Ölkə15:49 08.06.2025

Goranboyda həkim maşınla 11 yaşlı qızı vurdu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsibaş verib. 
"Qafqazinfo” xəbər verir ki, Qızılhacılı qəsəbə sakini Kəmalə Abdullayeva "Nissan” markalı avtomobili idarə edərkən 2014-cü il təvəllüdlü Zeynəb Bayramovanı vurub. 
11 yaşlı qız müxtəlif bədən xəsarətləri alıb. Hazırda vəziyyəti kafidir. 
Hadisəni törətməkdə şübhəli bilinən K.Abdullayevanın Goranboy rayon Mərkəzi Xəstəxanasında həkim işlədiyi bildirilir.