Xəbər lenti

Günay Musayeva rus serialında
Maqazin 21:40 02.11.2025

Günay Musayeva rus serialında

Azərbaycanlı aktrisa Günay Musayeva "Yaxın xoşbəxtlik” adlı rus serialında rol alıb.

İstanbulda çəkilən serialın baş rollarını Günay Musayeva, Alina Voskresenskaya, Mixail Kremer, Anna Ardova və Mehmet Polat canlandırıb. Layihənin çəkilişləri 4 ay davam edib.

Günay Musayeva yeni layihəsi haqqında bu sözləri deyib:

"Bir müddətdir ki, ekranlardan uzaq idim. Bu serialda iddialı bir obrazı canlandıracağam və bu, mənə həyəcan verir”.

Layihə "Russia1” kanalında və "Kion” platformasında yayımlanacaq. (Olay)

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->