Xəbər lenti

Gürcüstanda prezident seçkiləri: Nə gözlənilir? (ŞƏRH)
Dünya 20:50 12.12.2024

Gürcüstanda prezident seçkiləri: Nə gözlənilir? (ŞƏRH)

"Dekabrın 14-dən sonrakı vəziyyət yaxın perspektivdə Gürcüstana sabitlik vəd etmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Gürcüstanda hazırda yaşanan gərginliyin dekabrın 14-də keçiriləcək prezident seçkilərindən sonra hansı istiqmaət alacağını şərh edərkən deyib.

Üzeyir Şəfiyev bildirib ki, Gürcüstanda dekabrın 14-də keçiriləcək prezident seçkiləri ölkə üçün heç də rahat ötüşməyəcək:

"Gürcüstanın hazırkı prezidenti və müxalifət yeni parlamenti tanımır. Bu fonda da həmin qüvvələr etiraz aksiyaları keçirir. Həmin aksiyalar eskalasiya mərhələsindədir, daha təlatümlü keçir. Bu da onu göstərir ki, Qərb Gürcüstandan əl çəkmək istəmir. Parlament etirazçıların üzlərini gizlətməməsilə bağlı da qanun layihəsini irəli atıb. Qərb bunu da qəbul etmir. Bu baxımdan, dekabrın 14-də keçiriləcək prezident seçkiləri rahat ötüşməyəcək. Salome Zurabişvili yeni parlamenti legitim saymadığından dekabrın 16-dan sonra da hakimiyyətdən getmək niyyətində olmadığını deyir. Bütün bunlar onu göstərir ki, Gürcüstandakı sosial-siyasi durum yaxın perspektivdə durulmayacaq, əksinə daha da dərinləşəcək".
 


Həmsöhbətimiz güman edir ki, "Gürcü Arzusu" prezident seçkisi məsələsində də istəyinə nail olacaq: 

"Seçki Kollegiyasının tərkibi də iqtidar üçün münasibdir. Bu baxımdan, Mixail Qabalaşvilinin seçiləcəyi proqnozlaşdırılır. Lakin buna rəğmən gərginlik qalacaq. Çünki Gürcüstan geosiyasi çarpazlaşma nöqtəsidir. Zurabişvilinin seçki öncəsi Fransaya səfəri də dünya ictimaiyyətindən dəstək almaq məqsədi daşıyıb. Qərb ola da bilsin ki, seçkidən sonra Zurabişvilinin hakimiyyətin cəza mexanizmindən xilas yollarını fikirləşir".

Qeyd edək ki, Gürcüstanda bir həftədən artıqdır davam edın etirazlar fonunda tələbələr və dövlət qulluqçuları Birinci Respublika Meydanına toplaşaraq parlament binasına doğru yürüş ediblər. Onlar Rustaveli prospektində 14 gündür dava edən aksiyalara qoşulacaqlar. Dekabrın 14-də isə bu ölkədə prezident seçkisi olacaq. Yeni qanunla prezidenti xalq deyil, 300 nəfərlik Seçki Kollegiyası seçir. Bu fonda ölkədə gərginliyin növbəti mərhələyə qədəm qoyacağını da istisna etmək olmaz. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->