Xəbər lenti

Hansı ölkələr F-16 qırıcı təyyarələrindən istifadə edir? (SİYAHI)
Dünya 20:30 18.09.2025

Hansı ölkələr F-16 qırıcı təyyarələrindən istifadə edir? (SİYAHI)

"Lockheed Martin" şirkətinin istehsalı olan "F-16 Fighting Falcon" qırıcı təyyarəsi ilk döyüş uçuşunu 1979-cu ildə həyata keçirib və bu günədək dünyada ən çox istifadə edilən hərbi təyyarələrdən biri olaraq qalır. 

Qaynarinfo "SlashGear"ə istinadən xəbər verir ki, mütəmadi modernləşdirmələr sayəsində F-16 hələ də yüksək döyüş qabiliyyətinə malikdir.

Başlanğıcda təyyarə "General Dynamics" tərəfindən istehsal edilib. 1993-cü ildə bu şirkəti "Lockheed" alıb, 1995-ci ildə isə "Martin Marietta" ilə birləşdirilərək "Lockheed Martin" korporasiyası yaradılıb. Hazırda da F-16 istehsalı davam edir və ona tələbat böyükdür.

2025-ci ilə olan məlumata görə, dünyada 29 ölkənin silahlı qüvvələrinin arsenalında 3100-dən çox F-16 mövcuddur. ABŞ hərbi hava qüvvələri təxminən 950 aktiv təyyarə ilə ən iri operator olaraq qalır. ABŞ-dan sonra ən çox F-16 istifadə edən ölkələr bunlardır:

* Türkiyə - təxminən 230 təyyarə
* Misir - 218 təyyarə
* İsrail - 174 təyyarə
* Cənubi Koreya - 167 təyyarə

Bundan başqa, Danimarka və Niderland da daxil olmaqla bir sıra Avropa ölkələrinin ordularında F-16 təyyarələri xidmət göstərir.

Mütəxəssislərin sözlərinə görə, F-16 parkının dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki bəzi təyyarələr istismardan çıxarılır, bəziləri isə modernləşdirilərək yenidən istifadəyə verilir. Buna baxmayaraq, F-16 hazırda dünyanın ən geniş yayılmış döyüş təyyarəsi olaraq qalır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->