Xəbər lenti

İcra başçısı yeni rəis təyin etdi (FOTO)
Ölkə 10:51 20.07.2026

İcra başçısı yeni rəis təyin etdi (FOTO)

Hacıqabul rayonunun Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilib.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə icra başçısı Sevindik Hətəmov sərəncam imzalayıb.

Sərəncama əsasən, həmin qurumların bazasında Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində "Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi” MMC yaradılıb və müəssisənin Nizamnaməsi təsdiqlənib.

Digər sərəncamla Aqil Aslanov "Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi” MMC-nin rəisi vəzifəsinə təyin olunub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->