Xəbər lenti

III MDB Oyunları: Taekvondoçularımız 3 qızıl medal qazandı
İdman 18:18 29.09.2025

III MDB Oyunları: Taekvondoçularımız 3 qızıl medal qazandı

Azərbaycan taekvondoçuları III MDB Oyunlarının ilk günündə 3 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

Qaynarinfo xəbər verir ki, ilk gündə 7 çəki dərəcələrində yarışlar keçirilib.

Kişilər arasında 54 kq, 63 kq, 74 kq və 87 kq, qadınlarda isə 46 kq, 53 kq və 62 kq çəki dərəcələrinə qaliblər müəyyənləşib.

Azərbaycan təmsilçiləri Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) finalda qalib gələrək, III MDB Oyunlarının qızıl medalını qazanıblar.

Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) finalda məğlub olaraq, gümüş medala yiyələniblər.

Eyni zamanda, altı taekvondoçu bürünc medalın sahibi olublar – kişilərdə Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi – 87 kq), qadınlarda isə Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq) və Nərgiz Kazımova (62 kq).

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->