Xəbər lenti

Dünya 14:55 18.02.2024

İlk F-16-lar Ukraynada bu tarixdə peyda ola bilər

Ukrayna ilk F-16 qırıcılarını 2024-cü ilin yayında ala biləcək. Güman ki, söhbət iyun ayından gedir. 

Qaynarinfo bu barədə "Foreign Policy" nəşrinə istinadən xəbər verir.

Nəşr Avropa liderlərinin Münhen Təhlükəsizlik Konfransındakı bəyanatlarını təhlil edib.

"Düşünürəm ki, iyunda biz onları Ukraynada görəcəyik", deyə nəşr Litvanın müdafiə naziri Arvidas Anusauskasdan sitat gətirir.

Bu tarixləri Münhendə olan başqa bir Avropa rəsmisi də təsdiqləyib.

"Ukrayna hakimiyyəti gözləyir ki, maliyyə ilinin sonuna (sentyabr) ABŞ-da 12 pilot təlimi bitirəcək", deyə müəlliflər qeyd edirlər.

Xatırladaq ki, Ukraynanın müttəfiqləri müasir F-16 qırıcılarının Kiyevə verilməsi üçün aviasiya koalisiyasının yaradıldığını bəyan ediblər. Koalisiyaya Niderland və Danimarka rəhbərlik edirlər.

Bu yaxınlarda rəsmi olaraq məlum olub ki, ukraynalı pilotların birinci qrupu Britaniyada əsas təlim proqramını başa vurub və Danimarkada F-16 qırıcılarında təlimlərə başlayıb.

Dekabrın sonunda Niderlandın baş naziri Mark Rütte bildirib ki, ölkə 18 ədəd F-16 qırıcısının Ukraynaya təhvil verilməsi üçün hazırlıq işlərinə başlayır. O, həmçinin bildirib ki, döyüş təyyarələrinin təhvil verilməsi prosesi qrafik üzrə gedir. O qeyd edib ki, Ukrayna ən azı 24 təyyarə alacaq. 

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?