Dünya 12:33 27.11.2022

İlon Mask seçkidə dəstəkləyəcəyi namizədi açıqladı: Tramp, yoxsa DeSantis?

2024-cü ildə keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasından prezidentliyə namizədlər olacaq keçmiş dövlət başçısı Donald Trampa meydan oxuyan Rona DeSantisə bir dəstək də milyarder İlon Maskdan fəlib.

Qaynarinfo xəbər verir ki, "Tesla", "Space X" və "Twitter"in sahibi olan milarder namizdə olacağı halda De Santisi dəstəkləyəcəyini bildieib. 

"2024-cü il prezidentliyi üçün seçimim məntiqli və mərkəzçi birisidir. Bunun Co Bayden administrasiyasına aid olacağına ümid edirdim, amma indiyə qədər məyus oldum” deyən Mask "Twitter"də 2024-cü ildə DeSantisi dəstəkləyib-dəstəkməyəcəyi ilə bağlı suala "Bəli” cavabını verib.

"Xatırladım ki, mən Obama-Bayden prezidentliyinin əsas tərəfdarı idim və könülsüz şəkildə Trampa görə Baydenə səs verdim”, deyə Mask əlavə edib.

Qeyd edək ki, Mask iyun ayında Florida qubernatorunun seçkidə Baydeni asanlıqla məğlub edəcəyini bildirmişdi. 

Bu ayın əvvəllərində Florida qubernatorluğu uğrunda yenidən seçkiyə qatılan və Demokrat rəqibi Çarli Kristi təxminən 20 faizlik səs fərqi ilə məğlub edən DeSantis Respublikaçılar Partiyasının ən çox yüksələn "ulduzu" hesab edilir.

Aydın