Xəbər lenti

"İmişli" "Kəpəz"ə, "Sumqayıt" "Qəbələ"yə qalib gəldi
İdman20:18 19.04.2026

"İmişli" "Kəpəz"ə, "Sumqayıt" "Qəbələ"yə qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.
 
Qaynarinfo xəbər verir ki, günün ilk oyununda "Kəpəz” və "İmişli” komandaları üz-üzə gəlib. Yevlax şəhər stadionunda keçirilən görüş İmişli təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Kamal Umudlunun idarə etdiyi görüşdə yeganə qolu 38-ci dəqiqədə Azər Salahlı vurub.
Beləliklə, Jorj Kaşkilyanın komandası xallarını 29-a çatdıraraq 9-cu pilədə qərarlaşıb və ən yaxın rəqibi "Şamaxı" ilə xal fərqini 3-ə endirib. Gəncə təmsilçisi isə 21 xalla 10-cu yerdə möhkəmlənib.
Turun son matçında isə "Sumqayıt" "Qəbələ"ni sınağa çəkib. Mehdi Hüseynov adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma ev sahibinin qələbəsi ilə yekunlaşıb - 1:0. Görüşdə hesabı 19-cu dəqiqədə Höccət Haqverdiyev açıb.
Saşa İliçin rəhbərlik etdiyi kollektiv çempionatda 9 oyunluq qələbəsizlik seriyasına son qoyub. "Sumqayıt" hazırda 35 xalla 7-ci, "Qəbələ" 19 xalla 11-ci pillədə qərarlaşıb.