Xəbər lenti

İnternetlə bağlı problemə rəsmi açıqlama
Texnologiya15:35 16.09.2020

İnternetlə bağlı problemə rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakının bir sıra rayonlarında internetlə bağlı problem olmasına dair sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, "Baktelecom” şəbəkəsi üzrə 24/7 rejimində fəaliyyət göstərən 155 "Çağrı Mərkəzi”nə kütləvi narazılıq fonunda müraciətlər daxil olmayıb.
Eyni zamanda yarana biləcək qəza halları və ya xətt zədələnmələri, eləcə də gün ərzində nasazlıq qeydə alınan şəbəkə barədə məlumatların daxil olduğu "Şəbəkə əməliyyat sistemi”ndə də bu istiqamətdə sorğular müşahidə edilmir”.