Xəbər lenti

“İrəvan teatrı”nın bəxti niyə açılmır? - Baş rejissor danışdı
Sənət 14:47 01.09.2023

“İrəvan teatrı”nın bəxti niyə açılmır? - Baş rejissor danışdı

"İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında aparılan təmir-bərpa işləri hələ də yekunlaşmayıb”. 

Bu barədə Qaynarinfo-ya teatrın Baş rejissoru, Əməkdar artist Sərvər Əliyev məlumat verib. Rejissor bu səbəbdən teatrın yeni mövsüm açılışı ilə bağlı vaxtın dəqiqləşmədiyini qeyd edib: 

"Hələ bilmirik ki, teatr mövsümü nə vaxt və hansı məkanda açacaq. Hələ də teatrın təmiri bitməyib, hələ də dar otaqlarda fəaliyyət göstəririk.  Məkansızlıqdan bir-iki aylıq tədbirlər planını da qura bilmirik. Çünki başqa teatr binalarının boş olan günlərindən, saatlarından asılıyıq. Gözləyirik ki, hansı teatrda boş vaxt olacaq və bizə də yer verəcəklər".

Rejissor yer olmadığından məşq etmək imkanlarının olmadığını əlavə edib. 

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması ilə bağlı sərəncam imzalayıb. Sərəncama görə, teatra bu məqsədlə 2 milyon manat vəsait ayrılıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->