Sənət 17:00 06.02.2024

İstanbulda xəstəxanaya yerləşdirilən Cavanşir Quliyevdən xəbər var

Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin səhhəti stabildir.

Bu barədə Qaynarinfo-ya Türkiyədə yaşayan azərbaycanlı siyasətçi Adil Səmədbəyli bildirib. Onun sözlərinə görə, Cavanşir Quliyev özəl xəstəxanaya köçürülüb:

"Aparıldığı xəstəxanada müayinə olunub. Ondan sonra isə özəl xəstəxanaya keçirilib. İndi vəziyyəti stabildir və palataya köçürüblər".

Qeyd edək ki, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin səhhətində problem yaranıb. Türkiyədə səfərdə olan 74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib, həkimlər müayinə zamanı onun beyninə qan sızdığını bildirib.

Xatırladaq ki, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verildiyi də açıqlanıb.

Bahar Rüstəmli