2026-cı ildən Azərbaycanda illik 200–250 elektrik mühərrikli avtobusun istehsalı planlaşdırılır. Bu, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramında yer alıb.
Azərbaycanda avtobus istehsalı sərnişin daşımaya necə təsir edəcək?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu addım əlavə investisiyaların qoyulması, eyni zamanda əlavə iş yerlərinin açılması anlamına gəlir:
"Perspektivdə bizim hətta öz istehsal etdiyimiz bu avtobusların regiondakı digər ölkələrə də ixracını nəzərdə tutula bilər. Ötən il Azərbaycana Çinin məşhur BYD şirkətinin istehsalı olan elektrobusları gətirilib. 161 ədəd avtobuslar maaşurut xətlərinə də buraxılıb. Olduqca keyfiyyətli və təhlükəsiz avtobuslardır. Bu şirkətin elektrobusları hazırda Avropa İttifaqının bir sıra ölkələrinin paytaxt şəhərlərinin istismardadır. Bu onun göstəricisidir ki, Azərbaycan doğru seçim edib. Avtobuslar həm qənaət, həm təhlükəsizlik, həm də keyfiyyət baxımından ictimai nəqliyyatda sərnişinlərin daşınması üçün olduqca əlverişlidir".
Eldəniz Cəfərov Azərbaycanda açıqlan avtobus zavodunu bu işin növbəti mərhələsi hesab edir:
"Azərbaycanda həmin şirkətin avtobus zavadounun təməli artıq qoyulub. Bu il ərzində 200-250 ədəd elektrobusun ölkədə isehsalı planlaşdırılır. Yəqin ki, bu ilin sonuna kimi həmin avtobuslar hazır olacaq. Azərbaycan artıq özü ekoloji cəhətdən təmiz avtobuslar istehsal edəcəksə, nəinki Bakı şəhərini, digər şəhərlərin də ictimai nəqliyyatını yeni, müasir ekeloji cəhətdən təmiz avtobuslarla təmin edə biləcək".
Eldəniz Cəfərov vurğulayıb ki, bu həm investisiyaların qoyulması, əlavə iş yerlərinin açılması deməkdir:
"Perspektivdə hətta öz istehsal etdiyimiz avtobusların regiondakı digər ölkələrə də ixracını nəzərdə tutula bilər".
Bahar Rüstəmli
Şərhlər