Xəbər lenti

Kadırov: “O, Çeçenistanın çətin günlərində Qroznıya gəldi...”
Dünya05:36 11.12.2019

Kadırov: “O, Çeçenistanın çətin günlərində Qroznıya gəldi...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya paytaxtının keçmiş meri Yuri Lujkov Çeçenistanın əsl dostu idi.

Qaynarinfo xəbər verir ki, bunu Çeçenistnanın başçısı Ramzan Kadırov deyib. O, Lujkovun ölümü ilə bağlı başsağlığı da verib.

"Lujkov Çeçenistanın çətin günlərində Qroznıya gəldi və müharibədən sonrakı ilk məktəblərdən birinin inşasına yardım etdi, - Kadırov xatırlayıb. - Yuri Mixayloviç Çeçenistanın əsl dostu idi, mədəniyyət, ədəbiyyat və sənət xadimlərimizə kömək edirdi. Yuri Mixayloviçin ailəsinə, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı verirəm”.