İdman 15:43 03.06.2023

Keniyalı atlet səkkizillik rekordu qırdı

Keniyalı idmançı Faith Kipyeqon qadınlar arasında 2015-ci ildən bəri qırılmayan 1500 metr məsafəyə qaçış rekordunu 3 dəqiqə 49,11 saniyə ilə geridə qoyub.

Qaynarinfo-nun məlumatına görə, Olimpiya və dünya çempionu 1500 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyib.

İtaliyanın Florensiya şəhərində keçirilən Brilyant Liqasının üçüncü mərhələsində zolağa çıxan Kipyeqon qadınlar arasında 1500 metr məsafəyə qaçışda 3 dəqiqə 49,11 saniyə nəticə ilə qalib gələrək dünya rekordunun yeni sahibi olub.

Kipyeqon 2015-ci ildən bəri 3:50,07 dəqiqəlik rekordun sahibi olan efiopiyalı Genzebe Dibabanı geridə qoyub.

Səbuhi Həsənov