Xəbər lenti

Könül Vəlibəylinin qızının vəziyyəti açıqlandı
Ölkə 12:00 11.12.2025

Könül Vəlibəylinin qızının vəziyyəti açıqlandı

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Yeni klinikanın Mətbuat xidmətindən məlumatına görə, Pasiyentin vəziyyəti stabil-ağır olaraq qalır. Xəstənin müalicə tədbirləri planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->