Xəbər lenti

Kolumbiya prezidenti beynəlxalq narkobaronların siyahısını Trampa verdi
Dünya 11:50 04.02.2026

Kolumbiya prezidenti beynəlxalq narkobaronların siyahısını Trampa verdi

Kolumbiya prezidenti Qustavo Petro ölkə hüdudlarından kənarda yaşayan narkobaronların adlarının yer aldığı siyahını ABŞ lideri Donald Trampa təqdim edib ki, onların birgə təqibi həyata keçirilsin. 

Qaynarinfo xəvbər verir ki, onun sözlərinə görə, transmilli narkoticarət üzərində qələbə qazanmaq üçün ilk növbədə bu cinayət şəbəkələrinin başçıları saxlanılmalıdır.

"Narkoticarətdə birinci xətti Dubayda, Madriddə, Mayamidə yaşayan şəxslər təşkil edir. Mən onların və onlarla əlaqəli şəxslərin adlarını prezident Trampa təqdim etdim. Bunlar əsas başçılardır", deyə Kolumbiya lideri Vaşinqtonda Ağ Evin rəhbəri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu narkobaronların pulları Kolumbiyadan kənarda yerləşir və müxtəlif ölkələrin kəşfiyyat xidmətləri ilə birlikdə onların təqib olunmasına çağırıb.

Yanvarın 9-da Tramp Latın Amerikasında, xüsusilə Meksikada narkokartellərə qarşı ABŞ Silahlı Qüvvələrinin quru əməliyyatlarını anons etmişdi. Yanvarın 20-də isə o bildirib ki, ABŞ ölkəyə su yolu ilə daxil olan narkotiklərin demək olar ki, 100%-dən xilas olub. ABŞ liderinin sözlərinə görə, indi Vaşinqton quru yolu ilə ölkəyə daxil olan narkotik axını ilə mübarizəyə başlayacaq.

Aydın
--> -->