Xəbər lenti

Koxalskinin mövsümə başlayacağı klub dəqiqləşdi:
phrase_var_qaynar. 09:51 20.05.2026

Koxalskinin mövsümə başlayacağı klub dəqiqləşdi: "Qarabağ", yoxsa...?

"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin yeni mövsümə harada başlayacağı dəqiqləşib.

Fanat.az-ın əldə etdiyi məlumata görə, polşalı qolkiper üçün bu il Ağdam təmsilçisinə rəsmi təklif göndərilməyib.

Artıq "köhlənlər"in rəhbərliyi 25 yaşlı qolkiperin ən azı müqaviləsinin müddəti bitənə - 2027-ci ilin yayına qədər komandada qalacağına ənindirlər. "Çərçivə" qoruyucusunun bu yay yaxşılaşdırılmış şərtlərlə yeni anlaşmaya imza atmaq və daha uzun müddətə "Qarabağ"da qalmaq ehtimalı da var. 

Xatırladaq ki, Koxalski 2024-cü ildən "Qarabağ"ın uğurları üçün çalışır. Cari mövsüm "köhlənlər"in forması ilə bütün turnirlərdə 41 matça çıxan "çərçivə" qoruyucusu 58 qol buraxıb, 11 oyunda qapısını toxunulmaz saxlayıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->