Xəbər lenti

İdman 12:32 15.02.2024

“Liverpul”un sabiq futbolçusu narkotik satdığını etiraf etdi

"Liverpul”un keçmiş futbolçusu Ceymi Kessidini uzunmüddətli həbs cəzası gözləyir.

Qaynarinfo-nun məlumatına görə, birvaxtlar Liverpul təmsilçisinin vunderkindi kimi qiymətləndirilən futbolçu narkotik alveri və çirkli pulların yuyulması ilə məşğul olduğunu etiraf edib.

Kessidi, qardaşı Conatan və digər cinayət ortağı Nasar Əhməd ilə birlikdə üç ildir ki, həbsxanada məhkəmənin son qərarını gözləyir. 

46 yaşlı keçmiş futbolçu Ceymi Karrager və Maykl Ovenlə birlikdə "Liverpul”un gənclərdən ibarət komandasında perspektivli ulduzlardan sayılırdı. 1996-cı ildə sözügedən komandanın heyətində İngiltərə Kubokunu qazanan Kessidi perspektivli futbolçu hesab olunurdu. Karyerası ümidverici olsa da sonradan ciddi zədələr alan (dizindəki çarpaz bağı yırtılıb və ayağı sınıb) futbolçu futbolla vidalaşmalı olub.  
 
Onun keçmiş komanda yoldaşı Karrager öz tərcümeyi-halında, Kessidinin fiziki problemləri olmasaydı, "Liverpul”un ən vacib oyunçularından birinə çevrilə biləcəyini yazmışdı. 

Yarımmüdafiəçi  "Liverpul"la peşəkar müqavilə imzalasa da, "qırmızılar"ın əsas komandasında debüt etməyib. O karyerasının sonlarında "Kembric Yunayted”, "Kembric Siti”, "Northwich Victoria” və "Bursçoq”da çıxış edib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->