"Mançester Siti" belçikalı yarımmüdafiəçi Kevin de Bruyneyə karyerasını "City Football Group" holdinqinə daxil olan klublardan birində davam etdirməyi təklif edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" məlumat
yayıb.
Mənbə qeyd edir ki, hazırkı mərhələdə "şəhərlilər" futbolçunu heyətdə saxlamaq istəyir. De Bruyne iş yerini dəyişmək qərarına gəldikdə, onlar tərəfdaş klubda yer təklif etmək istəyirlər.
"City Football Group" İngiltərə klubundan başqa, Avstraliyanın "Melburn Siti", Amerikanın "Nyu-York Siti", Hindistanın "Mumbay Siti", Uruqvayın "Montevideo Siti Torku", Fransanln "Troya", Belçikanın "Lommel", İtaliyanın "Palermo", Braziliyadan "Bahiya" klublarına sahibdir. Bundan əlavə, korporasiya Çinin "Şenzen Penq Siti", Yaponiyanın "Yokohama Marinos" və İspaniyanın "Jirona" klublarında səhmlərə sahibdir.
Bundan əvvəl De Bruyne Səudiyyə Ərəbistanına köçmək imkanını istisna etmirdi. "Əl-Nasr" futbolçuya həftəlik təxminən 1 milyon funt-sterlinq maaş təklif etməyə hazırdır.
Aydın
Şərhlər