Xəbər lenti

Marqarita Simonyan 10 ilə qədər həbs oluan bilər - SBU
Dünya 16:46 01.04.2024

Marqarita Simonyan 10 ilə qədər həbs oluan bilər - SBU

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın "Russia Today" telekanalının baş redaktoru Marqarita Simonyana qarşı iddia qaldırıb. O, ukraynalı uşaqların öldürülməsinə çağırışda ittiham olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə bazar ertəsi, aprelin 1-də SBU məlumat yayıb.

İstintaqın məlumatına görə, Simonyan Rusiya Federasiyasının tammiqyaslı işğalını və rus işğalçılarının hərbi cinayətlərini ilk dəstəkləyənlərdən olub.

2023-cü ilin dekabrında o, açıq şəkildə ukraynalı uşaqların kütləvi şəkildə öldürülməsinə çağırıb. SBU qeyd edib ki, təbliğatçı eyni zamanda Ukraynanın mülki infrastrukturuna hücumların davam etdirilməsi üçün dəfələrlə kampaniya aparıb.

Bundan əlavə, Simonyan mütəmadi olaraq özünün Telegram kanalında, eləcə də Rusiya telekanallarında Kreml narrativlərini "müəllif” mesajları şəklində yayır. İlk növbədə, söhbət onun digər rusiyalı təbliğatçı Vladimir Solovyovun televiziya proqramında iştirakından gedir.

SBU müstəntiqləri Simonyana Ukrayna Cinayət Məcəlləsinin dörd maddəsi üzrə yeni iddia barədə məlumat veriblər:

Maddə 442, Hissə 2 (soyqırım);
Maddə 110, Hissə 2 (Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd);
Maddə 436 (müharibə təbliğatı);
Maddə 436−2 (bəraət, qanuni tanınma, Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün inkarı, onun iştirakçılarının şərəfləndirilməsi).
Onu 10 ilə qədər həbs gözləyir.

2023-cü ilin martında artıq Simonyanın Ukraynanın ərazi bütövlüyünü və toxunulmazlığını pozmaqda şübhəli bilindiyi bildirilirdi.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->