Xəbər lenti

Dünya 09:26 04.10.2023

Marqarita Simonyandan şikayət edildi: məsuliyyətə cəlb oluna bilər

Moskva Şəhər Dumasının deputatı Yevgeni Stupinin köməkçisi Nikolay Korolyov Rusiya İstintaq Komitəsinə və Daxili İşlər Nazirliyinə Sibirdə nüvə partlayışı təşkil etmək təklifinə görə "Russia Today” (RT) rəhbəri Marqarita Simonyanın cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə müraciət edib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə Korolyovun Teleqram kanalına istinadən "Sota” yazıb.

Simonyan YouTube-dakı proqramında bütün dünyada elektronikanı sıradan çıxarmaq və bununla da Qərbdən qisas almaq üçün Rusiya Federasiyasının ərazisində - Sibirdə texnogen nüvə fəlakəti təşkil etməyi təklif edib. Bundan əlavə, bu yolla, onun sözlərinə görə, Simonyan öz uşaqlarına qadcetlərdən istifadə etməyə niyə icazə vermədiyini izah etməli olmayacaq.

RT rəhbəri hesab edir ki, bunda "qorxunc bir şey yoxdur" və zərbədən "sonra nüvə qışı olmayacaq", lakin bütün radioelektronika və peyklər sıradan çıxacaq. Onun sözlərinə görə, biz "bir növ 93-ə” qayıdacağıq - simli telefonlara. O vaxt "gözəl yaşayırdıq”.

Korolyov hesab edir ki, "bu bəyanatların vəhşiliyini və absurdluğunu qırağa qoysaq belə, bu tip bəyanatlar Rusiya Federasiyasının qanunvericiliyinin pozulmasıdır. O, İstintaq Komitəsinə və Daxili İşlər Nazirliyinə Marqarita Simonyanın təşəbbüslərinin təhlili və onun məsuliyyətə cəlb edilməsi xahişi ilə müraciətlər göndərib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->