Xəbər lenti

Marqarita Simonyanın əri  terrorçularla eyni siyahıda
Dünya 22:55 24.06.2022

Marqarita Simonyanın əri  terrorçularla eyni siyahıda

Propaqandist Tiqran Keosayan Qazaxıstanda terrorçular və "Qazaxıstanda arzuolunmaz digər elementlər”lə eyni siyahıya salınıb və sərhəddə onun üzərinə "qırmızı bayraqlar” vurulub. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən KazTAG məlumat yayıb.

"Əslində, bu kifayət qədər geniş siyahıdır, orada əsasən terrorçular və oxşar kateqoriyadan olan digər şəxslər var. Keosayan da indi onların yanındadır. Və rəsmi olaraq onun bu siyahıda olduğunu deməyəcəklər. Bu, normalarda nəzərdə tutulmayıb - hakimiyyət siyahıya daxil olan hər bir terrorçunu adla çağırmayacaq”, deyə nəşrin mənbəsi bildirib.

Aprelin sonunda Marqarita Simonyanın əri olan Keosayan videolarından birində Qazaxıstanda 9 may paradının ləğvi ilə bağlı xəbəri şərh edərkən "məsul şəxslərimiz münasibətlərin səviyyəsini yenidən qiymətləndirməli və yenidən nəzərdən keçirməlidirlər. Əzizlərim (qazaxlar), əgər siz bu qədər hiyləgər ola biləcəyinizi və bunun müqabilində sizə heçnə olmayacağını düşünürsüzsə, yanılırsınız", deyib.

Bundan dərhal sonra Qazaxıstanın Xarici İşlər Nazirliyi Keosayanın Qazaxıstana girişi üçün arzuolunmaz şəxslər siyahısına daxil edilməsinin mümkünlüyünü açıqlayıb. KazTA-dakı mənbənin məlumatına görə, Keosayan onun "arzuolunmazlar” siyahısına salınacağı barədə mətbuatda xəbər yayılandan dərhal sonra bu siyahıya salınıb”.

Qazaxıstanda mayın 9-da keçirilən parad həqiqətən də maliyyə vəziyyətinə görə ləğv edilib. Üç ildir ki, ölkədə parad keçirilmir - 2020 və 2021-ci illərdə koronavirusa görə ləğv edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->