İdman 23:09 28.04.2022

Məmmədyarov dünya çempionunu məğlub etdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində bu gün sonuncu görüşünü keçirib.

Qaynarinfo xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın VII turunda Karlsenlə üz-üzə gəlib. 

Görüş Məmmədyarovun 2,5:0,5 hesablı qələbəsi ilə başa çatıb.

Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyemə, beşinci və altıncı turda müvafiq olaraq Niderland şahmatçıları Aniş Giri və Yorden van Forestə qalib gəlib. Təcrübəli qrossmeyster II, III və IV turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.