Almaniyanın sabiq kansleri Angela Merkel ictimai çıxışlarında hər zaman alman dilindən istifadə etməsinin səbəbini izah edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Berliner Zeitung" qəzetinə verdiyi müsahibədə danışıb.
Merkel bildirib ki, ingilis dilində etdiyi səhvlər onu ana dilində danışmağa sövq edib:
"Hələ Almaniyanın kansleri olmadığım vaxtlarda ingilis dilində danışırdım, çünki amerikalılar bunu xoşlayır və bu, daha sürətli olurdu. Lakin sonradan Amerika və ya Britaniyada təhsil almış ağıllı jurnalistlər mənim yerlik və yönlük bildirən sözlərdə (predloqlarda) səhvlər etdiyimi vurğulayırdılar. O vaxtdan etibarən mən həmişə ictimaiyyət qarşısında alman dilində danışmışam".
Onun sözlərinə görə, xarici dildə ünsiyyət zamanı daha incə məqamları anlamaq üçün tərcüməçinin dəstəyi vacibdir.
Aydın
Şərhlər