Almaniyanın keçmiş kansleri Angela Merkel 2008-ci ildə ABŞ-ın keçmiş prezidenti Barak Obamaya Berlinin Brandenburq qapılarında çıxış etməyə icazə verməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" nəşri məlumat yayıb.
Merkel və Obama Vaşinqtonda keçmiş kanslerin kitabının təqdimatında bir araya gəliblər. Tədbirdə Obama ilk görüşlərini "o qədər də xoş olmayan" bir xatirə kimi təqdim edib. Belə ki, Obama seçki kampaniyası zamanı Berlindəki məşhur abidənin qarşısında, Ronald Reyqanın nümunəsində olduğu kimi, çıxış etmək istəyib, lakin Merkelin etirazı ilə qarşılaşıb.
Obamanın sözlərinə görə, Merkel onun yaxşı natiq olduğunu görsə də, belə bir çıxışın məqsədəuyğun olmadığını düşünüb. Merkel isə bu iddiaları təkzib edərək başqa səbəbi vurğulayıb.
"Əgər almanlar amerikalılara belə çıxışa icazə versəydilər, tezliklə Rusiya prezidentliyinə namizədlər və başqa siyasətçilər də gəlib Brandenburq qapılarında seçki kampaniyaları aparmağa cəhd edərdilər", deyə Merkel bildirib.
Nəticədə Obama çıxışını "Qələbə sütunu"nun önündə keçirmək məcburiyyətində qalıb.
Aydın
Şərhlər