Xəbər lenti

Mirmahmud Mirəlioğluna nə olub? (AÇIQLAMA/YENİLƏNİB)
Ölkə 16:39 18.02.2025

Mirmahmud Mirəlioğluna nə olub? (AÇIQLAMA/YENİLƏNİB)

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhətində problemlər yaranıb.

Bu barədə Qaynarinfo-ya açıqlamasında sədrin qardaşı Mirfayaz Fəttayev məlumat verib. 

Onun sözlərinə görə, Mirmahmud Mirəlioğlu hazırda evdə müalicə olunur:

"Qrip olub, hamı kimi soyuqlayıb. Bu səbəbdən evdə müalicə olunur. Narahatçılığa əsas yoxdur".
 
Vəziyyəti ilə bağlı Mirmahmud Mirəlioğlu özü də Qaynarinfo-ya açıqlama verib:

"3 ay bundan əvvəl Türkiyədə əməliyyat olunmuşdum. Orada həkimlər mənə bir müddət stressdən uzaq durmağı məsləhət etdilər. Azərbaycana qayıdandan sonra bir müddət müalicə olundum. Təzəcə şəbəkəyə girmək istədim ki, sosial səhifə hesabımı ələ keçirdilər. 3 aydır ki, onu geri qaytara bilmirəm. 3 ayın tamamında hesabımı geri qaytara bildik. Və sonra yenidən bağlandı. Səhifənin bağlanması da mənə bir az kömək etdi, hər şeydən aralı, evdə müalicə olunuram. Məndən ötrü narahat olanlara salam deyin. Hər şey qaydasındadır".

Qeyd edək ki, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun səhhətində problemlər yaranmışdı. Bir müddət Bakıda müalicə olunan sədr sonradan Türkiyəyə aparılmış və orada əməliyyat edilmişdi.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->