Xəbər lenti

Siyasət 12:55 09.03.2023

Mirmahmud Mirəlioğlunun partiyası yenidən qeydiyyata alınacaqmı?

"Ümid edirəm, partiyanın yenidən qeydiyyatla bağlı heç bir problemi olmayacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib. Sədr hesab edir ki, partiyaların yenidən qeydiyyatdan keçməsində əsas problem sənədlərin tərtibatındadır:

"Bu, qanuna əlavə və düzəlişlərlə bağlı bir haldır. Qanunda əsas problem sənədlərin tərtibatındadır. İrəli sürülən təkliflər var ki, onların bəziləri qəbuledilməz hallardır. Heç bir dövlətdə belə bir şey yoxdur, heç bir siyasi partiyadan belə tələblər edilmir. Adı, soyadı, atasının adı - dünyada belə şey yoxdur. Soyadı, adı, atasının adı olur. Bunu tərtib edənlərin savadsızlığı ortadadır”.

Mirmahmud Mirəlioğlunun fikirincə, reystrlə bağlı tələb edilən sənədlər insan haqlarına ziddir:

"Reystrdə göstərilən sənədlər doğru deyil”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->