Xəbər lenti

Ölkə 14:54 18.10.2022

Mirmahmud Mirəlioğlunun sağlıq durumu necədir? - Qardaşından açıqlama

Türkiyədə müalicə olunaraq Bakıya qayıdan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhətində irəlləyişlər var.
 
Bu barədə Qaynarinfo-ya sədrin qardaşı Mirfayaz Fəttayev bildirib. Onun sözlərinə görə, həkimlər Mirmahmud bəyə stressdən uzaq olmağı tövsiyyə edib:

"Vəziyyəti belədir ki, tez-tez halbahal olur, sərbəst gəzə bilmir. Küçəyə çıxması risklidir, bütün günü evdədir. Həkimlər telefon işlətməsinə  qarşıdır. Xəstəlik istirahət tələb edir, ona narahatlıq olmaz. Həkimlər zamana ehtiyac olduğunu deyir. Üç aylıq müalicə kursu yazıblar. Bitəndən sonra yenidən müayinə olunmalıdır”. 

Qeyd edək ki, bir müddət əvvəl Mirmahmud Mirəlioğlunun səhhətində problemlər yaranıb. Bu səbəbdən partiya sədri Türkiyənin paytaxtı Ankarada xəstəxanaya yerləşdirilib. O, bir neçə gün öncə vətənə dönüb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->