Xəbər lenti

Siyasət 15:36 09.09.2023

"Müsavat", AXCP və REAL dövlət qeydiyyatına alındı (YENİLƏNİB)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) təkrar dövlət qeydiyyatına alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli məlumat verib.

Həmçinin Ədliyyə Nazirliyi REAL Partiyasına da müsabət cavab verib. Bu barədə partiya rəsmisi Natiq Cəfərli məlumat yayıb

14.51
 
Ədliyyə Nazirliyi Müsavat Partiyasının üzvlərinin reystr siyahısı ilə bağlı müraciətinə müsbət cavab verib.

Qaynarinfo xəbər verir ki, bu barədə partiya sədri Arif Hacılı məlumat yayıb.

Qeyd edək ki, Müsavat Partiyası bir ay bundan öncə də reystr siyahısını Ədliyyə Nazirliyinə tədqim etmişdi. Ancaq siyahıda yaranan texniki problemlərə görə nazirlik partiyanın sənədlərini geri qaytarmışdı.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->